Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:41

Tripoli hümanitar böhranla üzləşib


Liviya üsyançıları Muammar Qaddafinin doğma şəhəri Sirtə hücuma hazırlaşırlar.

Bu şəhər paytaxt Tripoliylə Benqazi şəhərinin arasında, Aralıq dənizinin sahilində yerləşir.

Müxalifət qüvələri bildiriblər ki, əgər Qaddafi tərəfdarlarıyla danışıqlar baş tutmasa hücuma keçəcəklər.

Muammar Qaddafinin nümayəndəsi isə polkovnikin üsyançılarla danışıqlara hazır olduğunu deyib.

Amma ötəri milli şura hələlik bu təklifə münasibət bildirməyib.

Paytaxt Tripoli hümanitar böhran təhlükəsiylə üzləşib.
Şəhərdə ərzaq, su və dəva-dərman qıtlığı yaranıb, zibil daşınmır.

Yeni hakimiyyət vəziyyətin yoluna qoyulacağını vəd edib.

Ərəb Dövlətləri Liqası bu ərəfədə əhalinin hümanitar eytiyaclarını həll etmək üçün
BMT-ni Liviyanın dondurulmuş aktivlərini açmağa çağırıb.
XS
SM
MD
LG