Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:20

Nigeriyanın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib


Nigeriyanın hakim dairələri paytaxt Abucada təhlükəsizlik tədbirlərini gücləndirib.

Dünən şəhərdə BMT-nin nümayəndəliyində törədilmiş partlayışda azı 18 adam ölüb.

BMT-nin təhlükəsizlik şurası bu hücumu kəskin ittiham edib.

Həmçinin ABŞ prezidenti Barack Obama və digər ölkə liderləri bu terror aktını kəskin ittiham ediblər.

Bu hücuma görə cavabdehliyi hakimiyyətlə silahlı mübarizə aparan yerli Boko Haram qrupu üzərinə götürüb.
XS
SM
MD
LG