Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

İrene qasırğası saatda 150 km sürətlə ABŞ-a yaxınlaşır


ABŞ hökuməti Ayrin (İrene) qasırğasına görə, əhalini ölkənin şərq sahillərini tərk etməyə çağırıb.

Söhbət təxminən 2 milyon adamdan gedir.

Son məlumata görə qasırğanın yaxın saatlarda Şimali Karolina ştatına çatacağı, sonra isə Vaşinqton Nyu-York və Bostona doğru hərəkət edəcəyi gözlənilir.

Nyu York meri Maykl Blumberq (Michael Bloomberg) şəhərin bir sıra rayonlarından 300 min adamın köçürülməsini və metronun bağlanmasını göstəriş verib.

Prezident Barack Obama əhaliyə hakimiyyətin xəbərdarlığına ciddi yanaşmağa çağırıb.

Son məlumata görə hazırda qasırğanın sürəti saatda 150 kilometrdir.

Hava şirkətləri 6 mindən çox reysi təxirə salıb, bir sıra tranzit maşın yolları bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG