Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasına köçürülüb


Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

Avqustun 27-də gənc fəal Bəxtiyar Hacıyev Güzdəkdə yerləşən 14 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Sentyabrın 1-də Bakı Apelyasiya Məhkəməsində Səbail rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılacaq.

Bu haqda AzadlıqRadiosuna B.Hacıyevin vəkili Sadiq Bağırov məlumat verib.

B.Hacıyev bu ilin martında həbs olunarkən Gəncə şəhər Polis İdarəsi və saxlanma təcridxanasında zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluğa qarşı iddia qaldırmışdı. Səbail rayon Məhkəməsi həmin iddianı təmin etməmişdi.

Vəkil bildirib ki, B.Hacıyevin əhval-ruhiyyəsi yüksəkdir. Səhhəti ümumilikdə yaxşı olsa da, gözündəki «pterygium» (gözdə ləkə) xəstəliyindən əziyyət çəkir. Buna görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət edib. Saxlanma şəraitinə gəldikdə, mütaliə etmək üçün ona şərait yaradılıb. Qida və içməli suyun keyfiyyətindən isə narazıdır.

Hərbi xidmətdən yayınmaqda ittiham olunan B.Hacıyev Gəncə məhkəməsinin hökmü ilə bu ilin mayında 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi ittihamı qəbul etmir, B.Hacıyevin həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG