Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Nigeriyada törədilmiş partlayışda ölənlərin sayı 25-ə çatıb


BMT-nin təhlükəsizlik şurası təşkilatın Nigeriyanın paytaxtındakı ofisinin ətrafında 25 nəfərin ölümüylə nəticələnmiş partlayışı kəskin ittiham edib.

Şuranın yaydığı bəyanatda bunun dəhşətli cinayət olduğu bildirilir.

BMT-nin baş katibi Ban Kİ Moonun məlumatına görə partlayış vaxtı 26 hümanitar təşkilatın yerləşdiyi nümayəndəlikdə yüzlərlə insan çalışırmış.

Həmçinin ABŞ prezidenti Barack Obama və digər ölkə liderləri bu terror aktını kəskin ittiham ediblər.

Bu hücuma görə cavabdehliyi hakimiyyətlə silahlı mübarizə aparan yerli radikal Boko Haram qrupu üzərinə götürüb.
XS
SM
MD
LG