Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Azərbaycan taxıl istehsalını artırıb


Foto: Arxiv
Foto: Arxiv
Bu il Azərbaycanda buğda tədarükünün 2010-cu ilə nisbətən 333.3 min ton və ya 25.5% artıq olacağı gözlənilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, 654.2 min hektara buğda əkilib, indiyədək buğda əkini sahələrinin 99.97%-i biçilib. Biçilmiş sahələrdən 1.640 mln. ton buğda yığılıb ki, bu da ötən ilə nisbətən 25.5% artıqdır.

Buğda əkini sahələrində məhsuldarlıq 1 hektardan 25.1 sentner təşkil edib.

Hesabata əsasən, bu il buğdanın əkin sahələri 2010-cu ilə nisbətən 0.5% azalıb. Amma məhsuldarlıq yüksəlib.
XS
SM
MD
LG