Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

BMT Liviyaya beynəlxalq qüvvələr göndərilməsini təklif edib


BMT-nin baş katibi Ban Kİ Moon Liviyada qayda-qanunu tezliklə bərpa etməyə çağırıb.

O qeyd edib ki, Muammar Qaddafi faktiki hakimiyyətdən uzaqlaşdırılsa da hələ də ölkədə döyüşlər, atışma gedir.

Ban Kİ Moon Afrika BirliyiƏ Ərəb Dövlətləri Liqası və İslam Konfransı Təşkilatının nümayəndələrilə danışıqlardan sonra Liviyaya beynəlxalq polis qüvvələri göndərməyi təklif edib.

O həmçinin ölkədə yanacaq, ərzaq, dəva-dərman və su qıtlığı yarandığını xəbərdarlıq edib.

Son məlumata görə Qaddafinin doğma şəhəri Sirtə doğru hərəkət edən üsyançılar güclü müqavimətlə üzləşirlər.

NATO təyyarələri bu rayona intensiv zərbələr endirirlər.

Tripolinin küçələri və xəstəxanalarda onlarla cəsəd olduğu xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG