Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

Bəxtiyar Hacıyev Almaniyanın Azərbaycandakı səfirinə məktub yazıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelleyə, eləcə də bu ölkənin İnsan Haqları və Humanitar Yardım üzrə Müvəkkili Markus Löninqə minnətdarlıq edir. Hacıyevin bu günlərdə həbsxanadan səfir Herbert Kvelleyə ünvanladığı məktubda belə deyilir:

«Cənab Səfir, həbs olunduğum (04.03.2011-ci il) tarixindən etibarən həm səfirliyinizin, həm müxtəlif partiyaları təmsil edən almaniyalı siyasətçilərin, həm də Almaniyada fəaliyyət göstərən müxtəlif qurumların müdafiəmdə aktiv fəaliyyətləri ilə bağlı məlumat alıram. Bu günlərdə Almaniyanın İnsan Haqları və Humanitar Yardım üzrə Müvəkkili cənab Markus Löninqin mənə dəstək məqsədi ilə 14 saylı cəzaçəkmə müəssisəsinə gəldiyini, lakin bu görüşün baş tutmadığını öyrəndim.
Azərbaycanda demokratik islahatlara verdiyiniz dəstəyə görə həm Sizə, həm də cənab Markus Löninqə təşəkkür edir, dəstəyinizi yüksək qiymətləndirirəm».

Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə hərbi xidmətdən yayınma ittihamı ilə həbs edilib. Həmin ittihamla bu ilin mayında iki illik həbs cəzası alıb.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Bəxtiyar Hacıyev ötən ilin parlament seçkilərində deputatlığa namizəd olub.
XS
SM
MD
LG