Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

"Google" Seysmoloji Xidmət Mərkəzinin işini çətinə salıb


İllüstrativ foto

İllüstrativ foto

«Google» şirkəti Respublika Seysmoloji Xidmət Mərkəzinin (AEMA RSXM) müraciətlərinə məhəl qoymayaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır.

AMEA RSXM-dan bu barədə AzadlıqRadiosuna verilən məlumata görə, Google internet axtarış şəbəkəsində və «Google Maps» xəritəsində bir neçə aydır ki, Azərbaycanın işğal olunmuş əraziləri-Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonu əvəzinə Mardakert, Xocavənd əvəzinə Martunu kimi göstərilirərək ölkəninin ərazi bütövlüyünə hörmətsizlik edilir.

Bu həm də digər dövlət qurumları kimi AMEA RSXM-nın da işinə maneçilik törədir. Çünki AMEA RSXM-ın rəsmi internet saytı www.seismology.az –da «Google Maps-ın xəritəsindən istifadə olunur:

«Hal-hazırda istifadəmizdə olan «Google Maps» xəritəsində işğal altında olan Azərbaycan əraziləri erməni dilində və Azərbaycana aid olmayan hissə kimi göstərilib. AMEA RSXM rəhbərliyi bununla bağlı »Google» şirkətinə etiraz məktubları göndərib. Əfsuslar olsun ki, Google şirkəti bu müraciətlərdən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyini davam etdirir».

AMEA RSXM Azərbaycan XİN-ni də bu barədə məlumatlandırdığını bildirir.

Son günlər Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də ölkənin baş diplomatiya idarəsinə Google şirkətinin shəvi barədə məlumat verdiyini bildirib.

XİN mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev isə jurnalistlərə deyib ki, onlar xaricdəki səfirliklərə bu mövzuda uyğun təlimat göndəriblər: «Öz adımızdan Azərbaycan Respublikasının vətəndaşlarını, xaricdə yaşayan azərbaycanlıları, media nümayəndələrini bu işdə daha fəal olmağa çağırırıq. Qoy onlar öz etirazlarını «Google»a bildirsinlər».

2009-cu ildə də «Google Maps»-da Naxçıvan Azərbaycandan kənar verilmişdi. O zaman Azərbaycanın ABŞ-dakı səfirliyinin tələbi ilə şirkət səhvi düzəltmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG