Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib


Filipp Lefort

Filipp Lefort

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefort (Philippe Lefort) təyin edilib.

Bundan əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini Piter Semnebi (Peter Semneby), Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə vəzifəsini isə Pyer Morel (Pierre Morel) icra edib.

Filipp Lefort 20 ildən artıq iş stajına malik təcrübəli diplomatdır. O, 2004-2007-ci illərdə Fransanın Gürcüstanda səfiri, 2007-2010-cu illərdə Fransanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin müavini, daha sonra isə Fransa Xarici İşlər Nazirliyində direktorluğun rəhbəri vəzifələrində çalışıb. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG