Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:39

“Xartiya 97”-nin in redaktoru haqqında cinayət işi bağlanıb


Belarusda müxalif internet saytı olan “Xartiya 97”nin redaktoru Natalya Radina haqqında cinayət işi bağlanıb.

Natalya Radinanın verdiyi məlumata görə, cinayət işi kifayət qədər sübut olmadığı üçün bağlanıb.

Radina haqqında cinayət işi keçən ilin dekabrında Minskdə keçirilmiş kütləvi etiraz aksiyalarına görə qaldırılmışdı.

Bu ilin yanvarına qədər o təhlükəsizlik xidmətinin təcridxanasında saxlanılıb. Zaminə buraxılanda isə xaricə qaçmışdı. Hazırda Litvada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG