Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:03

Liviyanın paytaxtı Tripolidə Muammar Qaddafinin iqamətgahı yaxınlığında döyüşlər gedir.

DPA agentliyi, CNN televiziyası və digər aparıcı mediaların məlumatına görə, Qaddafinin məhz həmin döyüşlər gedən yerin yaxınlığında gizləndiyi bildirilir.
Ancaq DPA onu da yazır ki, Qaddafinin dəqiq yeri bilinmir.

Üsyançıların komandanlarından olan Osman İbrahim bu gün deyib ki, Qaddafi Tripolidən 150 km aralıdadır. Onu oğullarından biri müşayət edir.

Ancaq Milli Keçid Şurasının Parisdəki nümayəndəsi Əl Nəsr deyib ki, Qaddafi Tripolidədir.

Bununla belə Əl Nəsr üsyançıların Qaddafinin yerini dəqiq bilmələri haqda suala cavab vermək istəməyib.

Al Arabiya və digər ərəb televiziyaları isə Qaddafinin qısa audio müraciətini göstəriblər. Qaddafi liviyalıları Tripoliyə yürüş edib, "düşmənləri məhv etməyə", "Tripolini azad etməyə" çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG