Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59
Feyziyyə Hacıyeva


Fentezi, dəhşət, elmi-fantastika janrlarında romanları indiyəcən dünyada 350 milyon nüsxə satılmış tanınmış Amerika yazarı Stephen King özünün Maine ştatındakı radiostansiyalarında siyasi talk-show açır.

Avqustun 23-də keçirdiyi mətbuat konfransında populyar yazar deyib ki, “Səhərin nəbzi” adlanan proqram soltəmayüllü olacaq. Məqsəd “bəzi adamların kürkünə birə salmaq, onları bir az əsəbiləşdirməkdir”.

Proqram ABŞ-da vergiləri artırmağa, sosial müdafiə proqramlarını ixtisar etməyə çalışan mühafizəkar siyasətçiləri hədəf alacaq. Həmin siyasətçilərin təsiri altında olan mühafizəkar medianın yaydığı xəbər axınına qarşı balanslaşdırıcı rol oynamağa çalışacaq.

Proqramı yazarın özü aparmayacaq. Aparıcılar – Amerika “yaşıllar”ının lideri Pat LaMarche və jurnalist Don Cookson olacaqlar.

“Proqram informativ olacaq. Amma həm də provokativ və əyləndirici” – deyə yazar bildirib.

“Səhərin nəbzi” sentyabrn 12-dən başlayaraq King-ə və xanımına məxsus iki radiostansiyada - WZON 103.1 FM620 AM-də yayımlanacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG