Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:46

Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib


Avqustun 25-də Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib.

Səfir K.Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib və fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını deyib.

Nazir E.Məmmədyarov K.Tarqayı təyinatı münasibəti ilə təbrik edib. ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu bildirb. Nazir bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
XS
SM
MD
LG