Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

Belarusda müxalifətçiyə qarşı qaldırılmış cinayət işinə xitam verilib


Belarusda müxalifətdə olan Birləşmiş Vətəndaş Partiyasının rəhbəri Anatoli Lebedkoya qarşı qaldırılmış cinayət işinə xitam verilib. Lebedko keçən ilin dekabrında keçirilmiş kütləvi aksiyalara görə ittiham olunurdu.

“İnterfax”ın xəbərinə görə, cinayət işi kifayət qədər sübut olmadığına görə bağlanıb. Lebedko bildirib ki, bu xəbər onu üçün çox gözlənilməz olub.

Keçən ilin dekabrında Minskdə törədilmiş kütləvi qanun pozuntularına görə onlarla adam həbs olunub. Onlar arasında beş nəfər prezidentliyə namizəd də vardı. Həmin beş nəfərdən üçü – Nikolay Statkeviç, Dmitri Uss və Andrey Sannikov hazırda cəzaçəkmə yerində saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG