Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

Türkiyədə daha iki hərçi yaralanıb


Bu gün Türkiyənin Hakkari bölgəsində hərbçiləri aparan avtobus yoldan keçərkən partlayış olub. Partlayış nəticəsində avtobus aşıb və 2 əsgər yaralanıb. 13 əsgər isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İyul ayında PKK-çıların terror aktları nəticəsində 40-dan artıq türk hərbçisi həlak olub.

Keçən həftə Türkiyə Hərbi Hava Qüvvələrinin PKK-çıların cəmləşdiyi İraqın şimalında əməliyyata başlayıb. Əməliyyat nəticəsində 100-dən artıq terrorçu öldürülüb.
XS
SM
MD
LG