Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT-də müşahidəçi statusu verilə bilər


Nyu-Yorkda BMT Baş qərargahı

Nyu-Yorkda BMT Baş qərargahı

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT Baş Assambleyasında müşahidəçi statusu verilməsi təklifi ilə çıxış ediblər.

Dörd ölkənin BMT-dəki daimi nümayəndəsi müvafiq qətnamə layihəsini BMT Baş katibinə təqdim ediblər.

Bu barədə BMT mətbuat xidmətindən məlumat verilib.

BMT Baş Assambleyasından bildiriblər ki, bu məsələ Assambleyanın ilkin gündəliyində 165-ci yerdə qeyd olunub:

«Qətnamə qəbul olunsa, BMT Baş Assambleyası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını öz sessiyalarında, ümumiyyətlə, bütün fəaliyyətində müşahidəçi qismində iştiraka dəvət etməlidir. Baş Assambleya qətnamənin yerinə yetirilməsi üçün baş katibdən müvafiq tədbirlər görməyi xahiş edəcək».

BMT Baş Assambleyasının sessiyası sentyabrın 13-də başlayacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə təsis edilib. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG