Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:19

“Progress” kosmik yük gəmisi ilə bağlı komissiya işə başlayır


“Progress” kosmik yük gəmisinin qırıntılarının düşməsi ilə bağlı Altay respublikasının Çoysk rayonunda tətbiq olunmuş fövqəladə vəziyyət ləğv olunub.

Bu haqda “İTAR-TASS”a Çoysk rayon rəhbəri Aleksandr Borisov məlumat verib. Hazırda ərazidə təhlükə riski qalır.

“Progress” kosmik yük gəmisinin qırıntıları əraziyə avqustun 24-də əhali olmayan düzənliyə düşmüşdü. İtki və dağıntı olmayıb. Yerli əhaliyə meşəyə getmək qadağan olunub. Yollarda əlavə polis postları qoyulub. Bu gün əraziyə xüsusi komissiya göndəriləcək.

“Progress” gəmisi çərşənbə günü Baykanur kosmodromundan buraxılmışdı. Ancaq mühərrik sıradan çıxdığına görə gəmi orbitə daxil ola bilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG