Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

“Yas üçün 10-15 min manata çadır tuturlar”


Bakının mərkəzində yas mərasimi-çadırlar yolu bağlayıb

Bakının mərkəzində yas mərasimi-çadırlar yolu bağlayıb

Musa Quliyev hüzr mərasimlərinin məscidlərdə keçirilməsini təklif edir


Yas mərasimləri çadırlarda yox, məscidlərdə keçirilsə, daha məqsədəuyğun olar. Bu təklifi Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev səsləndirib.

Deputat “Modern.az” saytına açıqlamasında qeyd edib ki, artıq hüzr yerləri üçün nəzərdə tutulan çadırlar böyük problemə çevrilib:

“Bu həm yollarda tıxaçların yaranmasına, həm də insanların böyük miqdarda xərcə düşməsinə səbəb olur. Bəzən elə çadırlar olur ki, insanlar onu 10-15 min manata kirayə edirlər”.

Azərbaycanda kifayət qədər məscid olduğunu deyən komitə təmsilçisi hesab edir ki, deyib ki, belə mərasimləri məhz Allahın evində təşkil etmək daha düzgün sayılardı. Onun fikrincə, Qafqaz Müsəlmanları İdarəsi, şəxsən Şeyxülislam belə bir təklif irəli sürsə, məsələ öz həllini tapar:

“Bu gün restoranlar biznes sahəsi olduğu kimi, hüzr mərasimləri üçün hazırlanan çadırlar da biznes növüdür. Medalın bir üzü restoranlar, bir üzü isə çadırlardır. Bu, böyük bir biznesdir. Hər halda, Qafqaz Müsəlmanları İdarəsi təklif irəli sürsə, məsələnin öz həllini tapaçağına inanıram”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG