Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:21

Tripolidəki Rixos hotelində saxlanan xarici jurnalistlər azad edilib


Çərşənbə günü Qaddafi qüvvələrinin Tripolidəki Rixos hotelində saxladığı xarici jurnalistlər azad olunub.

Bu barədə qərbin informasiya agentlikləri xəbər verirlər.

Məlumatlara görə, Tripolidə Qaddafi qüvvələrilə şəhərin əksər hissəsinə nəzarət edən üsyançılar arasında döyüş davam edir.

Qaddafinin yeri hələlik bəlli deyil.

Usyançıların yaratdığı ötəri milli şuranın nümayəndəsi Mustafa Abdel Jalil Qaddafinin ələ veriləcəyi halda onun yaxın ətrafına amnistiya veriləcəyini bəyan edib.

Üsyançılar Qaddafini ələ verənlərə 1,3 milyon dollar məbləğində mükafat vəd ediblər.
XS
SM
MD
LG