Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:51

Tehran Moskvanı məhkəməyə verib


İran Rusiyanı beynəlxalq məhkəməyə verib.

Səbəb Rusiyanın BMT-nin təhlükəsizlik şurasının qətnaməsinə uyğun olaraq İrana S-300 raket qurğuları göndərməkdən imtina etməsidir.

Bunu İranın Moskvadakı səfiri Mahmud Reza Sajadi bu gün keçirdiyi mətbuat konfransında deyib.

İran hesab edir ki, S-300 İrana silah göndərilməsinə qoyulmuş qadağaya düşmür və məhkəmənin qərarı Rusiyanın bu müqaviləni davam etdirməsinə kömək edəcək.

O həmçinin qeyd edib ki, əgər Moskva razılıq versə Tehran Rusiyanın istehsalı olan bu qurğuları Venesuela vasitəsiylə də ala bilər.
XS
SM
MD
LG