Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:59

Nazirlik geyim və məktəb ləvazimatı ilə bağlı monitorinqə başlayıb


Uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni artımının qarşısını almaq məqsədilə monitorinqlərə başlanıb.

Monitorinqləri İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti aparır.

Nazirliyin saytında yerləşdirilən məlumatda belə deyilir.

Monitorinqlər həm paytaxtda, həm də bölgələrdə aparılmalıdır.

Monitorinqlər zamanı süni qiymət artımına yol verənlərlə bağlı tədbirlər görüləcəyi bildirilir.

Nazirlik vətəndaşlardan məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda, onlara müraciət etmələrini istəyir.
XS
SM
MD
LG