Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 17:23

Əfqanıstanda yerli hökumət rəsmisi öldürülüb


Əfqanıstanın cənubi Helmand əyalətində son bir həftədə 3-cü yerli hökumət rəsmisi öldürülüb.

Ötən gecə iki silahlı mərkəzi Ləşkar Gahda Nava rayon şurasının üzvünü güllələyib.
Şura üzvü hospitala gətirilsə də aldığı yaralardan keçinib.

ABŞ və NATO qüvvələri tərəfindən artan təzyiqlə üzləşən yaraqlılar Əfqanıstan hökuməti ilə müttəfiq olanları, rəsmiləri hədəfə alıb. Bundan öncə bazar günü yaraqlılar daha bir şura üzvü və Gereskh rayonunun baş prokurorunu qətlə yetiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG