Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Anna Politkovskayanın qətli ilə bağlı keçmiş podpolkovnik həbs olunub


Anna Politkovskaya

Anna Politkovskaya

Rusiyada istefada olan polis zabiti Dmitri Pavlyuçenkov jurnalist Anna Politkovskayanın qətli ilə bağlı həbs olunub.

İstintaq Komitəsinin sözçüsü bildirib ki, keçmiş podpolkovnik qətlin təşkilində və qatilləri silahla təchiz etməkdə ittiham olunur.

Araşdırmaçı jurnalist olan Politkovskaya Kremlin tənqidçisi kimi tanınırdı.

«Novaya Qazeta» qəzetinin əməkdaşı Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada qətlə yetirilib. İstintaq qətldə motiv kimi onun peşə fəaliyyətini əsas götürürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG