Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:37

Anna Politkovskayanın qətli ilə bağlı keçmiş podpolkovnik həbs olunub


Rusiyada istefada olan polis zabiti jurnalist Anna Politkovskayanın qətli ilə bağlı həbs olunub.

İstintaq Komitəsinin sözçüsü bildirib ki, keçmiş podpolkovnik Dmitri Pavlyuçenkov qətlin təşkilində və qatilləri silahla təchiz etməkdə günahlandırılır.

Araşdırmaçı jurnalist olan Politkovskaya Kremlin tənqidçisi kimi tanınırdı.

«Novaya Qazeta» qəzetinin əməkdaşı Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada qətlə yetirilib. İstintaq əsas motiv kimi onun peşə fəaliyyətini əsas götürürdü.
XS
SM
MD
LG