Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Rusiya və Şimali Koreya liderləri hərbi bazada görüşürlər


Avqustun 24-də Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın Buryatiya regionunda Şimali Koreya lideri Kim Jong Illə görüşür. Danışıqların Ulan-Ude şəhərindəki hərbi bazada keçirildiyi bildirilir.

Gözlənilir ki, iki lider enerji layihələri, iqtisadi yardım və nüvə tərki-silahı haqda danışıqlar aparacaq.

Xüsusi diqqətdə isə Moskvanın Şimali Koreya ərazisində qaz kəməri tikmək təklifi olacaq. Bu kəmər Rusiyaya Şimaldan keçməklə Cənubi Koreyaya qaz tədarük etməyə imkan verər.

Şimali Koreya lideri şənbə günündən Rusiyadadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG