Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:19

Qaddafi geri çəkilməsini «taktiki addım» adlandırıb


Liviya lideri Muammar Qaddafi deyir ki, onun Tripolidəki qərargahından geri çəkilməsi «taktiki addım»dır. Qaddafini bu bəyanatı Arabic Al-Orouba televiziyasında yayımlanıb.

Bu açıqlamadan bir gün əvvəlsə qiyamçılar Qaddafinin qərargahını ələ keçirib, paytaxt Tripolidə nəzarəti gücləndirirlər.

Qaddafinin sözçüsü bildirib ki, Liviya lideri qiyamçılara qarşı aylarla, hətta illərlə müqavimət göstərməyə hazırdır və Liviyanın «vulkan, lava və oda» çevriləcəyini bildirib.

Qiyamçılar Tripoli uğrunda döyüşlərdə 400-dən çox adamın öldüyünü, azı 2000 nəfərin yaralandığını deyir.

Bu arada m’lumata görə, müxalif Milli Keçid Şurası yaxın iki gündə qərargahını Benqazidən Tripoli şəhərinə köçürmək niyətindədir.
XS
SM
MD
LG