Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:03

Özbəkistan və C. Koreya qaz-kimya zavodu tikəcək


Özbəkistan və Cənubi Koreya qaz-kimya zavodunun tikilməsi haqda müqavilə imzalayıb.

Özbəkistan prezidenti İslam Kərimov həmkarı Lee Myung-Bakla əldə edilən razılaşmanı iki tərəfli əlaqələrdə «misilsiz» layihə adlandırıb.

Kərimov həmçinin bildirib ki, ölkəsi mineral ehtiyatlarını, neft və qaz, uran, qiymətli metallar, o cümlədən maşın istehsalı, toxuculuq sənayesi və kommunikasiya sektorlarını da Koreya biznesi üçün açır.

İki ölkə arasında biznes və mədəni əlaqələrin genişləndirilməsini nəzərdə tutan 23 müqavilə imzalanıb.
XS
SM
MD
LG