Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:57

Yay axşamı, Kafka və məhəbbət


Cavid Ramazanov
Cavid Ramazanov
Cavid Ramazanov


Yay axşamı, Kafka və məhəbbət

Hardansa gəlib məni tapan sarsaq kədər boğazımdan asılı qalmışdı. Evdə otura bilmədim, divarlar üstümə gəlirdi.

Çantamı götürüb yaxınlıqdakı sakit parka endim. Ətrafda demək olar ki, adam yoxuydu, parkın uzaq künclərindən birindəki skamyada əyləşdim.

Axşam düşürdü, cəhənnəm istilərdən sonra şəhərə sərin qanadlarını asta-asta çırpan rüzgar enmişdi, o, hamıya biraz nəfəs almaq üçün öz mərhəmətini göstərirdi.

Havanı biraz tutqun edən göydəki bulud topaları durna qatarı kimi aramla uçurdular, yarpaqlar sevinclə xışıldaşırdı. Gözəl yay axşamı idi.

Çantamdan “Kafkanın Milenaya məktubları” kitabını çıxarıb üz qabığına baxdım, sonra da səmaya baxdım: yağış yağıb-yağmamaq arasında tərəddüd edirdi. Əlimdə

Milena Kafkanın son sevgililərindən biriydi. Evli olmasına baxmayaraq, bu, vərəmli və kədərli, uğursuz yazıçıya meyl salmışdı. Zaman keçdikcə aralarındakı əlaqə möhkəmlənmiş, məktublar səviyyəsində cəsarətli, sevgi etiraflarıyla dolu münasibətə çevrilmişdi.

məhəbət məktubları, qarşımda o, gözəl mahnının sözlərinə çox yaxın olan bir mənzərə varıydı:

Bu gün parkda oturdum,
seyr etdim uşaqları
Yağış başlayanda,
heç biri qaçışmadı.

Mən də kitab oxudum,
sanki səndən bəhs edən
Gözlərimi qapadım,
səhifələri keçərkən…

Ətrafda uşaqlar yoxuydu, yağış da başlamamışdı. Amma mən o, ana bənzər bir anı tutduğuma görə sevindim…

20-ci əsrin bütün insanlarının yerinə əzab çəkən mazoxist yazıçı Kafkanın sevgilisinə yazdığı məktubları oxumağa başladım.

Milena Kafkanın son sevgililərindən biriydi. Evli olmasına baxmayaraq, bu, vərəmli və kədərli, uğursuz yazıçıya meyl salmışdı.

Zaman keçdikcə aralarındakı əlaqə möhkəmlənmiş, məktublar səviyyəsində cəsarətli, sevgi etiraflarıyla dolu münasibətə çevrilmişdi.

Amma bir müddət sonra Kafka başqa bir şəhərdə, başqa bir sevgilinin qollarında gənc yaşında həyatla vidalaşmışdı.

Qadınları həmişə özünə cəlb etməsinə baxmayaraq, onun uğrunda canlarını fəda

edəcək sevgililərinin olmasına baxmayaraq, Kafka sevgi məsələlərində həmişə uğursuz olmuşdu. İki dəfə nişanlanmışdı, əzablarından dincəlmək üçün qadınların qoynuna sığınmağa çalışsa da, hər dəfə xəyal qırıqlığına uğramışdı. Hər dəfə hansısa lənətlənmiş qüvvə ona mane olmuşdu.

Milenaya məktubları da böyük eşqlə, məhəbbətlə yazmışdı. Hər cümlədə eşq, ümid, ehtiras, həsrət varıydı. Vərəqləri bir-bir sürətlə keçirdim…

…qəfildən hərfləri seçə bilmədiyimi fərq etdim, başımı qaldırdım. Qaranlığın ilk kölgələri parkın uzaq küncünə qədər, oturduğum skamyaya qədər soxulmuşdu. Sərin yay axşamındakı mütaliəmi yekunlaşdırdım, siqaret yandırıb oxuduğum yazı barədə düşünməyə başladım. Əslində orda elə də möhtəşəm bir şey yoxuydu. Bütün sevgililər yaşadıqları məhəbbətin hər kəsinkindən fərqli olduğunu düşünsə də, əslində məhəbbətin dili birdir. Və onun gözəlliyi də, bu qədər bir-birinə bənzər olmasına baxmayaraq, bütün sevgililərin öz sevgilərinin individual, fərqli olduğunu düşünməsindədir.

Kafkanın da məşhur “Milenaya məktublar”ı məhəbbətin hamıya bəlli olan dilində yazılmışdı. Bu məktubları çox məşhur edən isə onun Kafkaya, 20-ci əsrin ən əsrarəngiz, qəribə yazıçılarından birinə aid olması idi…

Sonra uzun müddət birlikdə sevgi macərası yaşadığım və indiyə qədər hansı səbəbdən ayrıldığımızı başa düşmədiyim o, qız barədə düşündüm.

Uzun çəkən piyada gəzintilərimiz zamanı tanış olmağımızın hər incə detalını tapıb bu barədə danışmağımızı xatırladım, saatlarla bir skamyada səssiz-səmirsiz oturub bir-birimizdən darıxmamağımız, ondan ayrılsam öləcəyimi güman etdiyim barədə düşündüm və bütün bunlara baxmayaraq hansı cəsarətlə ayrıldığımız barədə düşündüm.

Çox sevdiyi sevgilisindən heç bir səbəbsiz ayrılıb əzab çəkən, “bəs niyə ondan ayrıldın” sualına “başa düşdüm ki, onu çox sevirəm, hər keçən gün daha da çox sevəcəyimdən qorxduğuma görə ayrıldım, başqa çıxış yolum yoxuydu”, deyən dostumu xatırladım.

Bütün bunlar barədə “axı nəyə görə belə oldu, bu ki, məntiqsizdir” sualı beynimi döyəcləyirdi. Amma bunun da səbəbini bilirdim. Səbəbini bilirdim, çünki beynimin bir küncündə nə vaxtsa hansısa kitabdan oxuduğum hekayə də mənə öz məntiqini diqtə edirdi:

Bir kişi çox xəstə imiş. Bütün müalicə növlərini sınaqdan keçirsə də heç birinin faydası yoxuymuş.

Kafkanın Praqadakı heykəli

Günlərin birində isə o, hipnozçunun yanına gedir. Hipnozçu dayanmadan təkrarlaması şərtiylə ona bir şablon ifadə verir: “Mən xəstə deyiləm”.

Kişi gün ərzində hər ağlına gələndə bu ifadəni təkrarlamalı idi: “Mən xəstə deyiləm, tamamilə yaxşıyam”.

Bir müddət sonra o, yaxşılaşır, sonra isə tamamilə sağalır. Və arvadına deyir:

“Bu möcüzədir! Hipnozçuya başqa bir problemim barədə müraciət etsəm yaxşı olar. Axır vaxtlar heç cinsi iştahım qalmayıb. Demək olar ki, sevişmirik. İstək deyilən bir şey qalmayıb”.

Arvadı razılıq verir. Çünki o, da, ərinin bu problemindən dolayı axır vaxtlar xəyal qırıqlığına uğramışdı. Kişi yenə hipnozçunun yanına gedir. Evə qayıdanda arvadı həyacanla “hə, nə oldu, nə dedi sənə?” deyə soruşur. Amma əri cavab vermir. Yenə də bir müddət sonra adamın cinsi iştahı bərpa olur, o sağalır.

Qadının fikirləri alt-üst olur, o, bu məsələylə çox maraqlansa da, ərinə dəfələrlə sağalmasının səbəbini soruşsa da, kişi hiyləgərcəsinə gülümsəyir, amma cavab vermir. Ancaq günlərin birində qadın ərini meditasiyayla məşğul olarkən güdür. Və onun davamlı “O, mənim arvadım deyil, o mənim arvadım deyil, o mənim arvadım deyil” dediyini eşidir. Dünya başına yıxılır…

Hər sevgi macərasının sonu xəyal qırıqlığıdır. Deyəsən, məhz buna görə, yarıda kəsilən sevgilər kədərli olsa da, daha yaddaqalan, daha şirin olur və heç vaxt unudulmur.

Dünya ədəbiyyatında, tarixində əbədi sevgi yaşayıb, ömürlərinin sonunadək bir yerdə olan qəhrəman nümunələri nadir hallarda var, amma yarımçıq qalmış sevgi əhvalatları, əfsanəvi sevgi hekayətləri yüzlərlə, minlərlədir. Kafkanın yarımçıq məhəbbət hekayələri də bunlardan biridir.

Həə, əbədi sevgi yoxdur, hər şey bir müddətlik cəzbedici, maraqlı olur…

Artıq geciydi. Hava tamamilə qaralmışdı. Kitabı çantaya qoyub tamam başqa şeylər barədə düşünə-düşünə, sərin küləyin müşayiəti ilə evə yollandım. Yol boyu ağacların yarpaqları nəsə səs-küy salmışdılar. Deyəsən onlar öz aralarında mənim səfeh, kütbeyin olduğum barədə pıçıldaşırdılar…

ANN.Az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG