Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Qaddafinin iqamətgahı mühasirəyə alınıb


Liviya üsyançıları Tripolidə Muammar Qaddafinin iqamətgahını mühasirəyə alıblar.

Bu barədə Reuters agentliyinin müxbiri xəbər verir.

Şahidlərin sözlərinə görə, hazırda əsasən xarici jurnalistlərin yaşadığı Rixos hotelinin ətrafında ağır döyüş gedir.

Dünən həbs edildiyi bildirilən Qaddafinin oğly Saif əl İslam bu gün bu oteldə ortalığa çıxıb.

O həmçinin atasının şəhərdə olduğunu deyib.

NATO-nun nümayəndəsi Rolan Lavya (Roland Lavoie) şəhərin ümumilikdə üsyançıların əlində olduğunu, amma Qaddafi qüvvələrinin müqavimət göstərdiyini deyir.

Qaddafinin oğlu Saif əl İslamın həbsiylə bağlı üsyançıların məlumatı təsdiqlənməyib, o hələ də azadlıqdadır.

Dünya liderləri Qaddafini istefa verməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG