Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:38

Avtobuslar toqquşub, 8 nəfər yaralanıb


Avqustun 23-də səhər saatlarında Bakının Binəqədi rayonunda iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər yaralanıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib. Stansiyanın baş həkimi Mürsəl Həmidov bildirib ki, hadisə nəticəsində ölən yoxdur: “Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər”.

Rayon ərazisində 145 saylı marşrutu ilə 165 saylı marşrut avtobusu toqquşub. Hadisə nəticəsində hər iki avtobusda olan sərnişinlər yaralanıb.

Hazırda ərazidə polis əməkdaşları araşdırma aparırlar.
XS
SM
MD
LG