Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:07

Qaddafinin oğlu Tripolidə azadlıqdadır


Liviyada qiyamçılar tərəfindən tutulduğu bildirilən Muammar Qaddafinin oğlu Saif al Islam azadlıqdadır və hazırda Tripolidədir. Bu barədə Qərb xəbər agentlikləri xəbər yayıb. Ötən gecə o, Tripolidəki otellərdən birində xarici jurnalistlər qarşısına çıxıb. Atasının təhlükəsizlikdə olduğunu, Tripolinin isə qiyamçıların əlinə keçmədiyini deyib. Və əlavə edib ki, paytaxta daxil olan müxalifətçilər tələyə düşüblər, onları mütləq məğlubiyyət gözləyir.

Qarşı tərəf avqustun 22-də səhər Qəddafinin vərəsəsi sayılan Saif al-Islamı tutduqlarını açıqlayıb. Onu insanlıq əleyhinə cinayətlərdə ittiham edən və məsuliyyətə cəlb etmək istəyən Beynəlxalq Cinayət Məhkəməsi də həbsi təsdiqləyib.

Hazırda həm qiyamçılar, həm də hökumət qüvvələri paytaxt Tripolinin böyük hissəsini nəzarətdə saxladıqlarını iddia edirlər. Qəddafinin iqamətgahı yerləşən rayonda isə partylayış səsləri, atışma davam edir.

Dünya liderləri Qəddafini hökumətdən getməyə və zorakılığa son qoymağa çağırır.
XS
SM
MD
LG