Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

Müxalifətçilərin məhkəməsi davam edir


Avqustun 23-də İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunmuş Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə məhkəmə prosesi davam edir.

Prosesə Səbayel Rayon Məhkəməsində baxılır. Adıçəkilən şəxslər ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə ittiham olunurlar.

Ötən iclasda təqsirləndirilənlərin vəkilləri prosesin hakim Famil Nəsibov tərəfindən obyektiv aparılacağına inanmadığından işə başqa hakimin baxmasına dair vəsatət qaldırıblar. Vəsatət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya Məhkəməsi isə vəsatəti təmin etməyib.

A.Hacılı, T.Abbaslı və M.Məcidli dörd aydan çoxdur Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG