Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

Prezidentin təyyarəsinin qəzaya düşməsinə görə iki zabit həbs edilib


Polşada həbi prokurorluğunun qərarı ilə keçən il prezident Lech Kaczynskinin təyyarəsinin Rusiya ərazisində Smolenskdə qəzaya düşməsinə görə iki zabit həbs edilib.
Adları çəkilməyən zabitlər öz işlərində səhlənkarlığa görə ittiham edilirlər. Bu ittihamla onlar üç ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Onlar dövlət rəsmilərinin uçuşlarına nəzarət edən hərbi aviasiyanın zabitləridir. Hər ikisi də ittihamları rədd edirlər.

2010-cu il aprelin 10-da baş vermiş həmin qəzada Polşa prezidenti və xanımı da daxil olmaqla 94 yüksək vəzifəli dövlət rəsmisi həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG