Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07
Azərbaycanın Şahdəniz 2 yatağından çıxarılacaq qazı Avropaya nəql etmək üçün üç layihə rəqabət aparır. Strateji Nabucco layihəsi və qeyri-strateji İTGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Trans Adristaic boru kəməri) layihələri.

Nabucco ilə müqayisədə son iki layihə daha kiçik ölçülüdür. Təbii ki, buna görə onları qazla doldurmaq daha asandır. Söhbət 2017-ci ildən etibarən Azərbaycanın Şahdəniz 2 yatağından Avropaya ixrac olunacaq 10 milyard kubmetr qazdan gedir.

Bu layihələr içərisində Nabucco digər rəqib layihələrlə müqayisədə hazırda bütün parametrlərə görə öndədir. Nabucconun 5 tranzit ölkəsinin hökumətləri ilə layihə şirkətləri arasında 2010-cu ildə Nabucco hökumətlərarası sazişlər, 2011-ci ildə isə layihəyə dəstək sazişləri imzalanıb.

Bu sazişlər imtiyazlı, uzunmüddətli tənzimlənən, tranzit rejimi müəyyən edir və planlaşdırılan Nabucco kəmərini hər hansı potensial dəyişikliklərdən qoruyur. Konsorsium özü boru kəmərinə sahib olacaq. Bu sahiblik Avropa Birliyindən kənardakı böyük dövlətlərin tranzit inhisarından sui-istifadə etməsinə yol verməyəcək. Öz məqsədləri üçün tranzit inhisarından təsir vasitəsi kimi istifadə etməyə meylli olan Türkiyə hökuməti danışıqlarda xüsusilə çətin tərəfdaş olub.

NABUCCO KREDİT İNSTİTUTLARINDAN POTENSİAL DƏSTƏK ALIB

Nabucco konsorsiumu Türkiyə ərazisindən keçən boru kəmərinə sahiblik hüququnu əldə etdiyi halda, İTGİ və TAP layihələrinin belə imkanı olmayacaq. Sonuncu adı çəkilən layihələr türklərlə danışıqlar apararaq onların boru kəməri şəbəkəsindən istifadə etməyi planlaşdırırlar.

Nabucco layihəsi mühəndis işləri baxımından da rəqiblərindən qabaqlayır. O artıq ilkin mühəndis işləri mərhələsini geridə qoyub. Detallı mühəndis işləri mərhələsinə keçib. Bu iş 2012-ci ilin ikinci kvartalında başa çatmalıdır.

Üç rəqib layihədən yalnız Nabucco kredit institutlarından potensial dəstək alıb. Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Kooperasiyası 2010-cu ildə niyyət məktubu imzalayıblar. Bu sənəddə Nabuccoya 4 milyard avro kredit verilməsi nəzərdə tutulur.

AVROPA KOMİSSİYASI AZƏRBAYCAN VƏ TÜRKƏNİSTANLA İŞLƏYİR

Arxiv foto
İTGİ və TAP layihələri maliyyələşmə baxımından hələ ki, hər hansı dəstək almayıb. Avropa komissiyası Nabucconu mümkün qədər tez işə salmaq üçün Azərbaycan və Türkmənistanla işləyir. Avropa Birliyi və Avropa komissiyası rəsmən bu və ya digər layihənin tərəfini tutmasa da onlar Türkmənistan TransXəzər boru kəməri vasitəsilə Azərbaycanla birləşdirməyə və Nabucco boru kəmərini bu Xəzər ölkələrinin hər ikisinin qazı ilə doldurmağa strateji əhəmiyyət verirlər.

Nabucconun ikinci mərhələdə planlaşdırılan gücü ildə 31 milyard kub metr qaz nəql etməlidir. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib ki, bu mümkündür: “Təsdiq olunmuş qaz ehtiyatlarının miqdarına əsaslansaq boru kəmərini doldurnmaqda heç bir problem olmamalıdır”.

Nabucconun ildə 10 milyard kub metrlə başlaması, sonra isə həcmi tədricən artıraraq Türkmənistandan TransXəzər qaz layihəsi vasitəsilə Azərbaycana ötürüləcək təbii qaz hesabına nəqli 30 milyard kubmetrə qaldırması planlaşdırılır.

Avropa komissiyası qaz təchizatı və Trans Xəzər qaz nəqli məsələlərini müzakirə etmək üçün sentyabrda Azərbaycan və Türkmənistanla yüksək səviyyəli görüşlər keçirməyi planlaşdırır.

HƏMÇİNİN OXU:

Azərbaycan tikintiyə 25 mlrd., təhsilə 7 mlrd. dollar xərcləyib
Qaz siyasətində yananlar
Richard Morningstar Şahdəniz layihəsi və İrana sanksiyalar barədə
Avropa komissarı: «Azərbaycanın «Nabucco» ilə bağlı qərarını gözləyirik»
Azərbaycan niyə «tıxac» olmaq istəmir?
Azərbaycan «Nabucco»ya yox deyə bilər
«Şah-dəniz» təxirə salınır

Günün bütün mövzuları

XS
SM
MD
LG