Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

BBC-nin müxbiri Tacikistanda zorakılığa məruz qalıb


İyun ayında Tacikistanda həbs edilən BBC-nin müxbiri tutularkən işgənəcələrə məruz qalıb. Bu barədə onun vəkili avqustun 22-də bildirib.

Jurnalist qadağan edilmiş islamçı qrupla əlaqələrdə ittiham edilərək iyun ayında həbs edilib. Vəkilinin dediyinə görə onu saxlayarkən döyüblər, təhlükəsizlik işçiləri onun biləyində siqaret söndürüblər. Vəkil Fayzinisso Vokhidova iddia edir ki, jurnalist ilk günlər daha pis davranışdan qorxaraq üzləşdiyi işgəncələr haqqında danışmayıb.

BBC müxbirə işgəncə verilməsini pisləyərək hakimiyyəti bu iddiaları araşdırmağa çağırıb. Şirkət əməkdaşına qarşı ittihamların əsassız olduğunu bildirir. Telekanala qeyd edir ki, onun qadağn edilmiş Hizb ut-Tahrir qrupunun təmsilçiləri ilə görüşləri yalnız peşəkar fəaliyyəti ilə bağlı olub.

Hələlik təhlükəsizlik qüvvələrindən bu məsələ ilə bağlı hər hansı reaksiya almaq mümkün olmayıb.
XS
SM
MD
LG