Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12
Dilqəm Əhməd

Yeganə insan hüququ

Tənha bir qayıq
Sonsuzluğa üzən bir filosof
Həlli çətin üç sual:-
İnsan
Yaşam
Tanrı
75 illik bir ömür
Axtarış
Düşüncə
Qərar
Sonunda anlayırsan
Tapılmayan həqiqətlər
Dialoqlar, söhbətlər
Kitablara səyahətlər.
Hamısı boşunadır.
Mütləq deyə bir şey yoxdur
Xoşbəxtlik deyə bir şey yoxdur.
Əbədi deyilən bir şey yoxdur.
Əldə etdiyin yalnız-
bunu anlamandır.
Tamam faciədir insan həyatı,
Bir qum dənəsi qədər dəyəri yoxdur
Gerçək olan yaşam deyil
Gerçək olan ÖLÜMdür ki
Bütün insanları birləşdirən yeganə
Insan hüququdur…

20.08.2011


Uçuşan notlar

Küçələrə notlar axır-
Tənha bəstəkarın dəfni…
yağış çisələyir,
buludlar uçuşur
səma şeir yazır,
ulduzlar bəstələyir
Amma…
Torpağın altı tənhalıq
Soyuq məzar…
Öncə ayaqlar donur
Bədənlə vidalaşır
Daha sonra əllər
daha sonra….
buza dönür insan
Bir tək gözlər donmur
Məzardan izləyir bəstəkar…
Sallanıb Əzrayılın ayaqlarından-
milyonlarca ruh,
Yalvarır hamısı ona-
Bir daha dönsünlər geriyə.
Gözüyaşlı qoyulan sevgiliyə…
Dünya qədər ağır göz qapaqlarından
yaşlar süzülür-
ruhların üzərinə
Hər diləkdən sonra,
Tanrıya boylanır.
Hər dəfə ümidlər üzülür…
Daha mələk də dözmür
-bu yalvarışlara
-bu hayqırışlara
“Üsyan, üsyan” deyə ruhlar bağırır.
İtirdikləri sevgiləri çağırır…
Gözləri donmur bəstəkarın
İzləyir insan acılarını
Ölümdən sonrakı həyat
Ancaq əzab imiş
Torpağın altındaca notlar uçuşur…

19.07.2011


Çarpayıdakı şər

Yorğun axşamdır…
Çıxart gözlərindən eynəyi, həkim
Ölüm sənin bacaracağın iş deyil.
Ölüm bizim yanımızdadır, həkim.
Gizlənib işığın arxasında
Günəşin arxasındadır ölüm.
Günəş saxtakardır, həkim
Üzümüzə saçdığı işıq da yalandır.
Gecələrin soyuğu daha doğmadır mənə.
Titrəyən əllərim,
qıc olan ayaqlarım,
Çarpayı altında tərsinə yatan
beynim.
Bəzən tavandan özünü asmağa cəhd edən
bədənim.
Daha doğmadır.
Günəşin işığı aldadıcıdır, həkim
Heç bir həbsxanada günəş doğmur.
Günəş soldurur bütün gülləri.
Heç biri sevgiliyə çatmır, həkim.
Mən unutdum, sən də unut, həkim…
Xeyirlə şər savaşmır artıq
Xeyir şərin müdrik üzü imiş, həkim
Bu soyuq çarpayıda can verərkən.
Mənə xəfif təbəssüb edən şərin özü imiş, həkim.
Şər sənin timsalında dayanıb, qarşımda
Gözlərin yazıqcasına baxır, ürəyin qəhqəhəli.
Sən ölümün güzgüdəki əksisən, həkim.
Sən ölümün özüsən həkim,
Daha çıx get, ört üzümü.
Gündəlik bir işin kimi
Əllərini yu, mənim soyuqluğum hopmuş əllərini.

05.08.2011

Günün bütün mövzuları

XS
SM
MD
LG