Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

AB, NATO və ABŞ Qaddafini müqavimət göstərməməyə çağırıb


Üsyançıların Tripoliyə girməsindən sonra Avropa Birliyi, NATO və ABŞ bildirib ki, Qaddafi rejiminin ömrünə çox az qalıb. Onlar Qaddafini müqavimət göstərməməyə çağırıb.

Üsyançılar paytaxt Tripolinin əksər hissəsinə nəzarət etdiklərini bildirilər. Deyiblər ki, Qaddafinin iki oğlu - Seyfülislamla Məhəmməd onların əlindədir, Qaddafinin yeri isə bilinmir.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bildirib ki, NATO üsyançıların Milli Keçid Şurası ilə əməkdaşlıq edəcək. Avropa Birliyi isə Milli Şuraya yardım təklif edib. ABŞ prezidenti Barac Obama isə Qaddafini istefaya çağırıb.

Üsyançıların Tripoliyə girməsindən sonra Çin bildirib ki, “Liviya xalqının iradəsinə hörmətlə yanaşacaq”.
XS
SM
MD
LG