Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:28

Elçibəyi andılar


Avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin məzarı ziyarət edilib. Anım mərasimi dövlət himni ilə başlanıb.

Mərasimdə Əbülfəz Elçibəyin qohumları, İctimai Palataya daxil olan partiyaların üzvləri iştirak ediblər. KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər Elçibəylə bağlı xatirələrini paylaşıblar.

KXCP sədri Mirmahmud Mirəlioğlu:

«Elçibəy ideyalarına uyğun olaraq 11 il bundan qabaq biz bu günü Savalanı ziyarət günü kimi qeyd etdik».

AXCP sədri Əli Kərimli:

«Əbülfəz Elçibəyin bu qədər sevilməsinin sirri onun səmimiyyətində idi, sadəliyində idi, xalqını, millətini təmənnasız sevməyində idi. Bu gün Azərbaycan gəncliyi səhər-axşam onların gözlərini «mozol» eləmişləri yox, Elçibəyi seçir, Rəsulzadəni seçir».

Müsavat başqanı İsa Qəmbər:

«Bu gün – Elçibəyin dünyasını dəyişdiyi gün dünyanın daha bir 40 illik diktatoru Qəddafi tarixə qovuşursa, onun diktaturasına son qoyulursa, bəlkə də, bu da Elçibəyin ruhunun bizə göndərdiyi bir mesajdır».

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda, Elçibəy hərəkata rəhbərlik edənlərdən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub. O, 1992-ci ildə Azərbaycanın prezidenti seçilib, 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyənin paytaxtı Ankarada vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG