Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26
Leysan yağışları Azərbaycanın Zaqatala və Balakən rayonlarında bir sıra fəsadlar törədib.

Zaqatala rayon ərazisindən axan Silban çayında su həddindən artıq qalxıb, sel Zaqatala şəhərində piyada körpüsünü dağıdıb.

Rayonun Mazıx kəndi ərazisindən keçən Mazıx çayı da daşıb, kəndin bir sıra yaşayış evlərinin həyətyanı sahələri və fındıq bağları yağış suları ilə dolub.

Talaçayda da suyun miqdarı normadan çox olub, bir neçə elektrik dirəyini su aparıb. Bu səbəbdən rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Balakən rayonunda dağlara yağan leysan yağışları nəticəsində iri çaylarda daşqın təhlükəsi yaranıb. Sel suları Katex çayının kənarındakı qoruyucu bəndləri dağıdıb.

Balakən rayonunda da bir sıra həyətyanı sahələr və əkin yerləri su altında qalıb. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG