Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

Bashar Assad istefa verməyəcəyini bildirib


Suriyanın təhlükəsizlik qüvvələri beş aydır davam edən etiraz aksiyalarının qarşısını uğurla alır. Bunu prezident Bashar Assad bazar günü televiziya ilə çıxışında bildirib.

Bashar Assad son həftələr hökumət əleyhinə keçirilən etiraz aksiyalarının artdığını bildirib. Deyib ki, nə o, nə də onun hökumət istefaya getməyəcək. Qərb liderlərinin çağırışını isə Suriya prezidenti faydasız adlandırıb.

Bashar Assad bildirib ki, ölkədə parlament seçkisi 2012-ci ilin fevralında keçiriləcək.

Bu günlərdə BMT Suriyaya xüsusi komissiya göndərib. Məqsəd ölkədəki humanitar vəziyyəti qiymətləndirməkdir.

Hüquq müdafiəçilərinin məlumatına görə, son beş ayda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında azı 2 min adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG