Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

Əli Kərimlidən Əliyevə 3G qınağı, sentyabrda ərzaq sürətlə bahalaşacaq


Əli Kərimli
Əli Kərimli
ƏLİ KƏRİMLİDƏN ƏLİYEVƏ 3G QINAĞI

«Azadlıq» qəzeti: «AXCP Ali Məclisinin ötən şənbə keçirilən toplantısında partiya sədri Əli Kərimli yeni informasiya texnologiyalarının inqilabi rolu barədə çıxış edib. O, bütün partiya üzvlərini yeni medianın verdiyi imkanlardan səmərəli istifadəyə çağırıb. Daha sonra AXCP sədri hakimiyyəti yeni informasiya texnologiyalarının genişlənməsinə süni mane yaratdığına görə tənqid edib.

Əli Kərimli deyib ki, hakimiyyət 3G texnologiyasının tətbiqi üçün Əliyevlər ailəsinə məxsus «Azerfon»dan başqa digər mobil operatorlara lisenziya verməməklə həm korporativ maraqlarını təmin edir, həm də vətəndaşların daha keyfiyyətli xidmətdən istifadəsini məhdudlaşdırır.

«Bakcell» şirkətinin «Facebook» sosial şəbəkəsindən pulsuz istifadəyə imkan yaratmasını partiya sədri cəsarətli addım kimi dəyərləndirib. O, ümidini ifadə edib ki, yaxın vaxtlarda o biri operatorlar da analoji addımı atmağa məcbur olacaqlar».

SENTYABRDA ƏRZAQ SÜRƏTLƏ BAHALAŞACAQ

«Yeni Müsavat» qəzeti: «Son bir ildə Azərbaycanda ərzağın qiyməti orta hesabla 12 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin avqustu ilə müqayisədə qiymət artımı 8.7 faiz təşkil edib.

Göründüyü kimi, ərzağın bahalaşması ümumi qiymət artımını üstələyib. Bu artım əhalinin xərclərində də özünü göstərir. Məsələn, ötən il 10 manata alınan ərzağın dəyəri indi 12 manatdır. Bahalaşma özünü gündəlik tələbat mallarının qiymətində daha çox göstərir. Məsələn, ötən il 6 manata satılan mal ətinin qiyməti 8 manata qalxıb. Ötən ilin avqustunda 18 manata 3 kilo mal əti almaq mümkün idisə, indi bu qədər pula ən yaxşı halda 2.25 kilo ət almaq olar. Bu müqayisəni bitki yağları, qənnadı məhsulları, süd məmulatların, bəzi meyvə və tərəvəz üzrə də aparmaq olar.

Maraqlıdır ki, ərzaq malları adətən avqustda ucuzlaşsa da, bu dəfə əks proses gedir. Ayın əvvəlindən indiyədək ət, süd, yağ, şəkər tozu və bəzi tərəvəzin qiymətlərində nəzərəçarpacaq artım var. Mütəxəssislər hesab edir ki, mövsümi amillərin təsiri ilə qiymət artımı sentyabrdan daha da sürətlənməyə
Gülər Əhmədova
başlayacaq».

MÜXALİFƏTLƏ DANIŞILASI MÖVZULAR

«Yeni Müsavat» qəzetinin müxbiri Milli Məclisin deputatı Gülər Əhmədovadan müsahibə alıb.

- Bu gün yəni doğrudanmı iqtidarla müxalifətin danışası bir mövzu yoxdur?

- Hesab edirəm ki, iqtidarla müxalifətin danışası mövzuları müəyyənləşdirmək olar.

- Elə isə niyə cəhd göstərilmir?

- Sadəcə, burda bir qədər səmimiyyətə ehtiyac var. Mən bu ölkədə cənab prezidenti ən səmimi insan kimi qəbul edirəm. Heydər Əliyev siyasətinin ən böyük uğuru nədən ibarətdir, onu da cənab prezident davam etdirir. Heç bir halda problem olanda, onu ört-basdır eləməyə çalışmırlar. Korrupsiya mövzusu qalxdı, bunu hamıdan kəskin, hamıdan artıq, daha nümayişkaranə şəkildə cənab prezident dedi. Həmçinin bununla bağlı hansı addımların atılması lazım idisə, o addımları da atdı. Amma eyni zamanda bu gün gərək müxalifətdə də səmimiyyət olsun. Məsələn, siz deyirsiniz rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı var, olsun, mən bunu qəbul edirəm. Zaman-zaman özümüz də demişik, cənab prezident də deyib. Amma bununla bərabər müxalifət nümayəndələri heç bir halda - İP-dəki çıxışlara da baxıram, bu barədə eşitməmişəm, görməmişəm - Azərbaycanın bu keçən illər ərzində iqtisadi yüksəlişi, iqtisadi beynəlxalq təşkilatlarda atdığı müsbət addımları dillərinə gətirmirlər. Bu, artıq qeyri-səmimilikdir. Sən Azərbaycanda yaşamasan, burda baş verənləri görməsən, gözünü bağlayıb yalnız İP-də müxalifət liderlərinin danışdıqlarını eşitsən, fikirləşərsən ki, bura Somalidir. Amma o zaman müxalifətin səmimiyyətinə, doğrudan da dialoq tərəfdarı olduğuna inanmaq olar ki, heç olmasa beş dənə problemli məsələdən danışılırsa, bir dəfə də müsbət məsələlərdən danışılsın. Yəni bu ölkədə heç bir yaxşı iş görülmür? Məsələn, ABŞ Dövlət Departamentinin ölkələrin terrorizmlə mübarizəsi barədə ənənəvi illik hesabatında Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarındakı töhfəsi və uğurları yüksək qiymətləndirilib. Bu bir daha sübut edir ki, cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət öz bəhrəsini verməkdədir.
Xəzərdə neft buruqları, 07 oktyabr 2005
Artıq ABŞ da bunu etiraf etmək məcburiyyətində qalıb.

20 İLDƏ 100 MİLYARD DOLLARLIQ İNVESTİSİYA

«Azərbaycan» qəzeti: «Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, son 10 ildə ÜDM 4, adambaşına düşən ÜDM 3.6, qeyri-neft sektoru üzrə ÜDM 2.8, əsas kapitala yönəldilmiş investisiyalar 11 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə artmışdır. Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bu da adambaşına düşən investisiyaya görə MDB dövlətləri arasında yüksək göstəricilərdən biridir.

İqtisadi sahədə əldə edilmiş dayanıqlı inkişaf əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin etmişdir. Belə ki, son 10 ildə əhalinin gəlirləri 6.3, orta aylıq əməkhaqqı 7.3, əhalinin əmanətləri 38.2 dəfə artmış, ölkədə yoxsulluq səviyyəsi 5.4 dəfə azalaraq 47 faizdən 9.1 faizə enmişdir. Bu müddət ərzində 1 milyonadək yeni iş yeri yaradılmışdır. Həmçinin bu dövrdə Azərbaycanın ticarət apardığı tərəfdaş ölkələrinin sayı 147-yə çatmış, xarici ticarət dövriyyəsi 9.6, o cümlədən ixrac 12.2 dəfə yüksəlmişdir. Habelə ölkənin davamlı iqtisadi inkişafını təmin edə biləcək strateji valyuta ehtiyatları formalaşdırılmış və onun həcmi artıq 40 milyard dollara çatmışdır. Ən nəhayət, xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faizdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG