Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:03

Dominique Strauss-kahna qarşı ittiham götürülə bilər


Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru Dominik Stros-Kanın (Dominique Strauss-kahn ) üzərindən ittiham götürülə bilər.

Bu barədə New York Times qəzeti onun vəkili Tompsona istinadla yazır.
Vəkil Stros-Kanın bazar ertəsi məhkəməyə çağrıldığını deyir.

Vəkilin sözlərinə görə ittiham qismən və ya tamamilə onun üzərindən götürülə bilər.
Əks halda onunla belə bir görüşə ehtiyac olmazdı.

Dominique Strauss-kahn Nyu-Yorkdakı hotellərdən birində çalışan xidmətcini zorlamağa cəhddə ittiham olunur.

Buna görə o Beynəlxalq Valyuta Fondunun icraçı direktorluğundan istefa verməli və 2012-ci ildə Fransada keçiriləcək prezident seçkisində iştirakdan imtina etməli oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG