Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Tripolidə yenidən döyüş başlayıb


Liviyanın paytaxtı Tripolidə üsyançılarla Qaddafi tərəfdarları arasında döyüşlər gedir.

Şahidlər şəhərin azı 2 rayonunda atışma getdiyini deyirlər.

Həmçinin üsyançıların silahlı birləşmələri qərbdən şəhərə doğru hərəkət edirlər.

Qaddafi və onun oğlu Saif al İslam isə televiziya ilə yayılmış çıxışlarında üsyançılar üzərində qəti qələbə çalındığını deyirlər.

Saif al islam bildirib ki, təslim olmaqdan söhbət də gedə bilməz.

Bu ideya rədd edilib və bu Qaddafinin yox, xalqın qərarıdır.

Üsyançılar isə Qaddafi rejiminin sonuna az qaldığını deyirlər.
XS
SM
MD
LG