Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:24

Yəmən prezidenti vətənə dönməyə hazırlaşır


İyundan Səudiyyə Ərəbistanında müalicədə olan Yəmən prezidenti Ali Abdulla Saleh avqustun 24-də vətənə dönməyi planlaşdırır.

Bu barədə agentliklər yüksək səlahiyyətli Yəmən rəsmisinə istinadla xəbər verirlər.

Amma prezidentin ölkəyə dönəcəyi hələlik rəsmi şəkildə bəyan edilməyib.

Bu ilin yanvarından Yəməndə Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Bir sıra müşahidəçilər onun ölkəyə dönməyəcəyini güman edirdilər.

Amma prezidentin özü bu yaxınlarda hakimiyyətdən getmək fikrində olmadığını bəyan edib.
XS
SM
MD
LG