Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06
Heç bilirsiniz, südlü kokteyl və 8 unsiya (1 unsiya 28,3 qramdır) çizburgerdə nə qədər protein var? Bu sadə yeməkdəki protein miqdarı insana gündəlik lazım olandan 2-3 dəfə çoxdur. Amerikalılar çoxlu protein qəbul etməkdə həvəslidirlər. Onlar mal ətini çox xoşlayırlar. İldə adambaşına 67 funt (bir funt 453,6 qramdır) mal əti yeyirlər. (Bu beynəlxalq göstəricidən 4 dəfə çoxdur).

Normal insan orqanizminin tələb etdiyindən iki dəfə artıq protein qəbul edir. Xəstəliyə Nəzarət və Qarşısının Alınması Mərkəzinin 2007-2008-ci ildə apardığı araşdırmanın nəticəsinə görə, normal insan, orqanizminin tələb etdiyindən iki dəfə artıq protein qəbil edir.

KİŞİ VƏ QADINLARA GÜNDƏLİK NEÇƏ QRAM PROTEİN TƏLƏB OLUNUR

İnsan zədələnmiş hüceyrələrini bərpa etmək və yeni hüceyrələr yaratmaq üçün protein qəbul edir. Nyu-York Universitetinin qidalanma üzrə professoru və «Nə yeməli» kitabının müəllifi Marion Nestle bildirir ki, kişilərin orqanizmi gündə 65 qram, qadınların orqanizmi isə 55 qram protein tələb edir.

Ümumdünya Səhiyyə Təşkilatı və Xəstəliyə Nəzarət Mərkəzi kimi bəzi başqa mənbələr isə hətta bundan daha az protein qəbul etməklə də sağlam pəhriz saxlamağın mümkün olduğunu bildirirlər.

Milli Səhiyyə İnstitutlarının bildirdiyinə görə, insanların çoxu öz gündəlik protein tələbatını proteinlə zəngin 2-3 porsiya qəbul etməklə ödəyə bilərlər. Protein porsiyasının nümunələri belədir:

Bir yumurta
2 xörək qaşığı fındıq yatağı
2-3 unsiya qırmızı ət, toyuq və ya balıq əti
Yarım fincan lobya şorbası

Dənli, paxlalı bitkilər və bəzi tərəvəzlərdə də protein var. Yəni ət yeməsəniz də protein tələbatını ödəmək çətin deyil. Məsələn, vegetarianlar və veqanlar qarğıdalı, lobya, ya da düyü yeməklə lazımı qədər protein tələbatlarını ödəyirlər.

DAHA ÇOX PROTEİN QƏBUL ETMƏYİN ZƏRƏRİ VAR?

Çoxlu miqdarda qırmızı ət yemək xərçəng və ürək xəstəlikləri riski ilə assosiasiya olunur. Qidalanma üzrə mütəxəssislərin əksəriyyəti, o cümlədən Marion Nestle ət yeməyi, xüsusilə yağlı ət yeməyi azaltmağı tövsiyə edir. Bunu çox adam bilir.

Ancaq çox adamın bilmədiyi başqa bir şey var. Sizin proteini hansı qidadan almağınız ətraf mühitə bu və ya digər dərəcədə təsir göstərə bilər. Belə ki, ət və süd istehsalı üçün həddən artıq yanacaq, pestisid və kimyəvi gübrə sərf olunur. Bu proses zamanı ətraf mühitə həddən artıq istixana effektli qaz buraxılır.

Ətraf Mühit İşçi Qrupu bu yaxınlarda vəsait nəşr edib - «Ət yeyənlər üçün bələdçi». Burada göstərilir ki, həftənin bir günü hamburgerdən imtina etmək 320 mil (1 mil 1,6 km-dir) avtomobil sürməmək qədər xeyir verir.

Başqa tövsiyə isə proteinin mümkün qədər daha sağlam mənbələrdən əldə edilməsi ilə bağlıdır. Bura paxlalı bitkilər, yağı az olan qatıq və qoz kimi qidalar aiddir. Bunların hamısında yüksək miqdarda protein var, ətraf mühitə zərəri də azdır.

Mütəxəssislər ət və pendir yeyəndə mümkün qədər ən yüksək keyfiyyətlisinin yeyilməsini də tövsiyə edir. Pula qənaət etməyin bir yolu az, ancaq daha keyfiyyətli yeməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG