Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

Əliağa Kürçaylı. Sevirəm səni


Qaldırdım dəstəyi,
Yığdım nömrəni.
Gözüm baxmasa da o gözlərinə
İkicə söz dedim:
- Sevirəm səni!
Dəstəyi yenə də qoydum yerinə.

Telefon zəng çaldı,
Çağırdı məni,
Qəribə vurğuyla döyündü ürək.
İkicə söz dedin:
- Sevirəm səni!
İkicə söz deyib asıldı dəstək.

Yüz il də çatmayım vüsalına mən.
Yüz il də əlinə dəyməsin əlim, -
Bu iki kəlməni sənin dilindən
Eşidim,
Sonrasa...
Qoy gəlsin ölüm!

Günün bütün mövzuları

XS
SM
MD
LG