Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Əliağa Kürçaylı. İstərəm


Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha -
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də -
Həyatım bitəcək;
Həmin o gündə
Sənin gözlərinin dərinliyində
Boğulmaq istərəm, batmaq istərəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG