Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

İsraillə fələstinlilər bir-birlərini raket atəşinə tuturlar


Artıq 3 gündür ki, İsraillə fələstinlilər bir-birlərini raket atəşinə tuturlar.

İsrail komandanlığı şənbə günü səhər Qəzzə bölməsindən İsrailin cənubuna 19 raket atıldığını deyir.

Aşdot şəhərində İsraildə qanunsuz işləyən 3 fələstinlinin yaralandığı xəbər verilir.

Bu hücuma görə cavabdehliyi Fələstin Xalq Müqavimət Komitəsi, Fələstin Azadlıq Cəbhəsi və Cihad qrupu üzərlərinə götürüb.

Həmçinin İsrail komandanlığı şənbə gününə keçən gecə fələstin yaraqlılarının Qəzzənin cənubu və şimalındakı mövqelərinin bombalandığını deyir.

İtkilər barədə məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG