Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Rəsmiyyə Sabir. "Azadlıq" silsiləsindən


Bəlkə yüz il,
bəlkə min il,
belkə də milyon il
gözlərimizdəki qəfəsdən
qurtulmaq üçün
Bizə meydan lazımdı.
Azadlıq Meydanı.

Milyon illərdir
girişi yasaq
Azadlıq Meydanının

Özümüzdən çıxa bilsək
sevincimizin qanadları üstündə
gələcəyik
bir zamanlar babalarımızın qanı ilə
suladığımız
Azadlıq Meydanına.

Əkilən dar ağacları
böyüsün deyə
çürüyüb torpaq olmalıyıq
Azadlıq Meydanında

…min illərdir
zindan quşları uçur
Azadlıq Meydanından…

Günün bütün mövzuları

XS
SM
MD
LG